Dollar bütün valyutalara qarşı bahalaşır

Dollar bütün valyutalara qarşı bahalaşır
Ukrayna ətrafında baş verən gərginlik fonunda ABŞ dollarının bahalaşması müşahidə edilir.  

Sfera.az xəbər verir ki, dolların bahalaşması Azərbaycanla böyük ticarət dövriyyəsi olan ölkələrin milli valyutalarına münasibətdə də görünür.  

Dünən bir avro 1,135 dollar olduğu halda bu gün 1,12 dollara düşüb.  

Son iki gündə rubl və türk lirəsi dollara nəzərən daha çox dəyər itirib. Dollar/rubl kursu 78-dən 87-yə qədər yüksəlib. Dollar/lirə məzənnəsi isə 13,6-dan 14,17 həddinə qədər artıb.  

Dolların sürətlə bahalaşması hərbi qarşıdurma ilə əlaqədar iqtisadi risklərin artması və Rusiyanın davranışlarına ABŞ-ın gözlənilən cavabı ilə bağlıdır.  

İqtisadi risklər artdıqda dollarla ifadə edilən aktivlər öz dəyərini digər valyutalarda olan aktivlərə nisbətən daha çox qoruya bidiyindən bu valyutada yığımlar artır. Bununla yanaşı yüksək inflyasiya şəraitində ABŞ mərkəzi bankının dolları bahalaşdırmağa hazırlaşdığı da məlumdur.  

Hər iki amilin təsiri ilə dollarda bahalaşma aydın sezilir. Ehtimal etmək olar ki, bu şərtlər daxilində dünyanın aparıcı valyutasında bahalaşma hələ bir müddət davam edəcək.  

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...