50 manatlıq pul nişanı dünyanın ən yaxşısı seçildi

50 manatlıq pul nişanı dünyanın ən yaxşısı seçildi
Cari ilin fevralın 22-də "Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq konfrans keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilir ki, konfransda Azərbaycan Mərkəzi Bankı ilə yanaşı, 150-dən çox ölkənin, o cümlədən Avropa Mərkəzi Bankının, İngiltərə, İsveçrə, İsveç, Norveç, Avstraliya, Meksika, İndoneziya, Qazaxıstan, Sinqapur, Filippin, Qətər və s. ölkələrin mərkəzi banklarının tədavülə buraxdığı yeni pul nişanlarının "Dünyanın ən Yaxşı yeni Banknotu” nominasiyası üzrə müsabiqəsi təşkil olunub.

Müsabiqədə Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə "Dünyanın ən Yaxşı yeni Banknotu” tituluna layiq görülərək qalib seçilib.

Xatırladırıq ki, yenilənmiş 50 manatlığın əsas mövzusu öz ərazi bütövlüyünü və suverenliyini tam təsdiq etmiş müstəqil Azərbaycana həsr olunmuş konsepsiya çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənib.

Bununla əlaqədar pul nişanının üzərində əsas dizayn elementləri kimi elm rəmzi olan təhsil ocağı, gələcəyin timsalı – gənclər, yüksəliş əlaməti – pillələr təsvir edilmişdir. Eyni zamanda, milli mədəniyyətimizin və incəsənətimizin ən qədim sənət nümunəsi kimi milli xalça naxışları və ornamentlər yüksək peşəkarlıqla əks olunub.

Yenilənmiş 50 manatlıq pul nişanı ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilmişdir ki, bu da onun təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına imkan verir.

Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

OXŞAR XƏBƏRLƏR

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...

Tokayev Azərbaycana təşəkkür etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.   Bu b...