Ukrayna Belarusdan elektrik enerjisinin idxalını dayandırdı

16:24 / 23.02.2022
745
Fevralın 23-də Ukrayna Belarusdan elektrik enerjisinin idxalını dayandırıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə elektrik enerjisinin ötürülməsi üzrə Avropa Sistem Operatorları Şəbəkəsi (ENTSO-E) məlumat açıqlayıb.
Bu faktı "Ukrenerqo” da təsdiqləyib. Hazırda Ukrayna xaricdən elektrik enerjisi idxal etmir. Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, fevralın 24-dən fevralın 26-dək ölkənin enerji sistemi təcrid olunmuş rejimdə - Rusiya və Belarusun enerji sistemləri ilə paralel işləmədən çalışacaq.
Ukraynanın energetika naziri German Qaluşenko isə bildirib ki, Kiyev ölkəni Rusiya və Belarus enerji sistemlərindən ayırmaq və Avropaya inteqrasiya etmək planının icrasının son mərhələsindədir. Rəsmiyə görə, prosesin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.
Vasif
Sfera.az