Logo

Türkiyədə mənzillər sürətlə bahalaşır

Türkiyədə mənzillər sürətlə bahalaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə mənzillərin qiymətində sürətli artım davam edir.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mənzil qiymətləri dekabrda illik müqayisədə 59,59 faiz artımla yeni rekorda imza atıb. Aylıq müqayisədə isə dekabrda qiymətlərdə 8,99 faiz artım baş verib.

Yeni evlərdə qiymətlər daha çox artıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeni evlərin qiyməti 66,6 faiz yüksəlib.

Yeni olmayan mənzillərdə isə artım 57,7 faiz olub.

Türkiyənin böyük şəhərlərindən İstanbulda qiymətlər 63 faiz, Ankarada 55,7 faiz, İzmirdə 58,3 faiz artıb.

Son məlumata əsasən, bir kvadrat metrin qiyməti İstanbulda 10 min lirə (735 dollar), Ankarada 4 min 562 lirə (335 dollar), İzmirdə 7 min 497 lirədir (551 dollar).

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR