Logo

Azərbaycan əhalisinin gəlirləri artıb

Azərbaycan əhalisinin gəlirləri artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2022-ci ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 4 milyard 675,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Sfera.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər 465,8 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 4 milyard 194,2 milyon manatlıq vəsait qalıb.

2021-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3163,8 manat, qeyri neft-qaz sektorunda 683,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manat olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR