Logo

Azərbaycan neft hasilatını azaldıb

Azərbaycan neft hasilatını azaldıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan 2022-ci ilin yanvarında gündəlik neft hasilatını azaldıb.

Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, yanvarda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barel olub. Bunun 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib.

"OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilən "Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulurdu.

Faktiki göstəricilərə əsasən, ölkəmizdə neft hasilatı yanvarda artmayıb, əksinə azalıb.

Xatırladaq ki, dekabrda Azərbaycan 597,1 min barel neft hasil etmişdi. Kondensatla birlikdə hasilat 717,6 min barel olmuşdu.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR