Logo

Qızılın dəyəri 60 dollara çatıb - Daha da bahalaşacaq

Qızılın dəyəri 60 dollara çatıb - Daha da bahalaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukrayna ətrafında hərbi-siyasi gərginliyin artması investorları "etibarlı liman” axtarışına vadar edir. Bu baxımdan ən az risk daşıyan sərmayə vasitəsi qızıl olduğundan son aylarda qızıla investisiya qoyuluşu kəskin artıb.

Sfera.az xəbər verir ki, qızıla investisiyaların artması nəcib metalın sürətlə bahalaşmasına səbəb olur. Son 3 ayda xalis qızılın bir qramının dəyəri 57,4 dollardan 59,7 dollara qədər yüksəlib. Qısa müddətdə qızılın dəyəri 2,3 dollar, yəni 4 faiz artıb.

Gözlənilir ki, gərgin vəziyyətdə qızılın bahalaşması davam edəcək. Qızılın qiymətindəki hərarəti yalnız dolların bahalaşması soyuda bilər. Amma hələlik dollarda bahalaşma baş vermir. Dolların məzənnə dəyərinin martda FED-in faizləri artırmasından sonra yüksələcəyinə dair ümidlər var.

Xatırladaq ki, qlobal iqtisadiyyatla bağlı narahatçılıq artanda qızıl bahalaşır. Bu qanunauyğunluq 2008-2011-ci illərdə və 2019-2020-ci illərdə öz təsdiqini tapıb. Birinci halda qızılın qiyməti 10 dollardan 57,5 dollara, ikinci halda isə 42,4 dollardan 65 dollara qədər yüksəlmişdi.

Bu dəfə qızılın qiymətinin yenidən 60 dolları ötməsi ehtimalı güclüdür.

Qızılın dəyərində uzunmüddətli yüksəliş qızıl-zinət əşyalarının da bahalaşmasına səbəb olur. Qızıl-zinət əşyalarında bahalaşma Azərbaycanda artıq müşahidə edilir. Məsələn, 5 qramlıq, 750 əyarlı qızıl üzüyün qiyməti ötən ilin yanvarında 432 manat olduğu halda, bu ilin yanvarında 471 dolları ötüb. Beş qramlıq qızıl üzüyün dəyəri 39 manat, yəni 10 faiz yüksəlib.

Bahalaşma gümüş və bürüncdən hazırlanan zinət əşyalarında da baş verib.

Vasf

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR