Logo

Azərbaycan 174 ölkədən mal alır

Azərbaycan 174 ölkədən mal alır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2021-ci ilin xarici ticarət əməliyyatlarına dair açıqlanan məlumatlar göstərir ki, Azərbaycan 120 ölkəyə mal satdığı halda 174 ölkədən mal alır. Ümumilikdə, Azərbaycan 188 ölkə ilə xarici ticarət əməliyyatları aparır.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac coğrafiyası kiçik olsa da, ixrac etdiyimiz malların dəyəri idxal mallarından 2 dəfədən də böyük olub. Ötən il 23,85 milyard dollarlıq mal satan Azərbaycan əvəzində 11,7 milyard dollarlıq mal alıb. Ölkəmizin xarici ticarətdən xalis gəliri 12,15 milyard dollar olub.

İnflyasiyanı nəzərə almasaq, xarici ticarət dövriyyəsi 5 faiz artıb, o cümlədən ixrac 17 faiz artıb, idxal isə 10 faiz azalıb.

İxracda ən böyük artım qeyri neft-qaz məhsullarında görünüb. Bu sahədə ixrac real ifadədə 38,4 faiz artıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR