Logo

Yüksək inflyasiya əhalinin ərzaq xərclərini neçə faiz artırıb?

Yüksək inflyasiya əhalinin ərzaq xərclərini neçə faiz artırıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci ilin yanvarında Azərbaycanda əhali ərzaq məhsullarının alınmasına 1,781 milyard manat xərcləyib.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son bir ildə ərzağın alınmasına xərclənən pul 313 milyon manat və ya 21,3 faiz artıb. Ötən ilin yanvarında əhali ərzaq məhsullarının alışına 1,468 milyard manat xərcləmişdi.

Bu il ərzaq məhsullarının alışına xərclənən vəsait bazar qiymətləri ilə 21,3 faiz artdığı halda, real qiymətlərlə cəmi 2,8 faiz artıb.

Buradan belə məlum olur ki, bu ilin yanvarında ərzaq qiymətləri ötən ilin yanvarına nisbətən 18,5 faiz yüksək olub.

2022-ci ilin yanvarında əhali ərzağın alınmasına adambaşına orta hesabla 199,1 manat xərcləyib. Halbuki ötən ilin yanvarında adambaşına xərclənən vəsait 167 manat idi. Adambaşına düşən xərclərdə 32 manat, yəni 19,2 faiz artım var.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR