Logo

Neftdə bahalaşma yeddinci həftəyə keçdi

Neftdə bahalaşma yeddinci həftəyə keçdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bazarlarda aktivliyin yüksək olması, geosiyasi gərginlik və ABŞ-dakı soyuq hava  kimi amillərin də təsiri ilə neft qiymətlərində artım yeddinci həftəyə daxil olub.

Sfera.az xəbər verir ki, Texas neftinin qiyməti bir qədər də yüksələrək 7 ilin ən yüksək səviyyəsinə çatıb. "Brent” nefti isə ilin əvvəlindən bu yana 18 faiz bahalaşıb.

"Goldman Sachs” da daxil olmaqla bəzi banklar "Brent” neftində 100 dollardan yuxarı qiymətin görünə biləcəyini təxmin edirlər.

Bu həftə qiymət artımı bir çox səbəblərlə bağlıdır. Bunlardan birincisi, "OPEC+” ölkələrinin hasilatı nəzərdə tutulandan çox artırmaması, digər səbəbi Rusiyanın Ukraynanı işğal edə biləcəyi və onun enerji bazarlarına təsirləri ilə bağlı narahatlıqlardır. Üçüncü səbəb isə Texasda şaxtalı havanın yaratdığı çətinlikdir.

Hazırda "Brent” neftinin qiyməti 91,5 dollar, Azərbaycan neftinin qiyməti isə 95 dollardır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR