Unicapital ən innovativ investisiya şirkəti seçildi

"Unicapital” İnvestisiya
Şirkəti uğurlu fəaliyyətinə görə nüfuzlu mükafatlar alıb. Böyük Britaniyanın
premium biznes və maliyyə dərgisi olan "International Finance”ın araşdırmasına əsasən,
İnvestisiya Şirkəti 2021-ci ildəki nailiyyətlərinə görə, iki nominasiya üzrə
qalib seçilib. Maliyyə, kapital bazarları sahəsində rəqəmsal həllərin və onlayn
xidmətlərin inkişafına töhfə verən təşkilatları mükafatlandıran
"International Finance Awards” "Unicapital”ı "Azərbaycanda Ən İnnovativ
İnvestisiya Şirkəti – 2021” və "Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021”
mükafatlarına layiq görüb.
Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib:
- Şirkətin bazardakı payı;
- Müştərilərinə yeni maliyyə bazarlarına çıxışın təmin edilməsi;
- İnvestisiya bazarında təqdim olunan innovativ məhsul və həllər;
- Şirkətin maliyyə göstəriciləri və inkişaf perspektivi;
- Foreks xidmətinin təşkil edilməsi və xidmət üzrə müştəri məmnuniyyəti.
"Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021” mükafatı "Unicapital”ın
"UForex” xidmətinin üstünlüklərinə görə verilib. "UForex” ötən il ərzində 24/5
(qeyri-iş saatlarında) sürətli və komissiyasız mədaxil, 1:100 nisbətinədək
kredit çiyni imkanı və "Smart Stop out” funksiyasını tətbiq edib. Xidmət
rebrendinq prosesini tamamlayaraq, bütün yeniliklərin əks olunduğu "www.uforex.az” saytını təqdim edib.
Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli
kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri
üzrə xidmətlər təqdim edir. Şirkətin geniş müştəri bazasına həm fiziki, həm
hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan
bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq
bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.
İnvestisiya şirkəti yaxın vaxtlarda dünyanın bir çox maliyyə bazarlarına çıxışı
təmin edən multialət platformasını təqdim edəcək. Bununla da "Unicapital”ın
davam etdirdiyi strategiya müştərilərinə daha geniş investisiya xidmətləri təqdim
etmək, innovativ yanaşma ilə investisiya sahəsini hər kəs üçün daha da əlçatan
etmək imkanlarını artıracaq.