Logo

Əhalinin banklarda 9,24 milyard manat pulu var

Əhalinin banklarda 9,24 milyard manat pulu var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan banklarında fiziki şəxslərə məxsus 9,241 milyard manat dəyərində pul var. Banklarda yerləşdirilən əmanətlərin 8,94 milyard manatı (96,75 faizi) Azərbaycan vətəndaşlarının, 301,3 milyon manatı əcnəbilərindir.

Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əhalinin banklarda olan əmanətlərinin həcmi son bir ildə 1,063 milyard manat (11,5 faiz) artıb.

Əmanətlərin 59 faizi manatla, 41 faizi xarici valyutada saxlanılır. Manatla olan əmanətlərin həcmi bir il ərzində 1,425 milyard manat artıb, xarici valyutada olan əmanətlər isə 362 milyon manat azalıb.

Azərbaycan vətəndaşları əmanətlərinin çox hissəsini milli valyutada, əcnəbilər xarici valyutada saxlayır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR