Logo

Dekabrda büdcədən 5,1 milyard manat xərclənib

Dekabrda büdcədən 5,1 milyard manat xərclənib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2021-ci ilin dekabr ayında dövlət büdcəsindən 5,1 milyard manat vəsait xərclənib.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sonuncu ayda xərclənən vəsait illik xərclərin 18,6 faizini təşkil edib.

Ötən ilin yanvar-noyabr ayları ərzində 22,309 milyard manat xərclənmişdi. Dekabrdakı xərclərlə birgə illik xərclər 27,413 milyard manata yüksəlib.

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-dekabr aylarında dövlət büdcəsinin gəlirləri 26,419 milyard manat, xərcləri 27,413 milyard manat təşkil edib. Büdcənin icrasında 993,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,1 faizi qədər kəsir yaranıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR