Ötən il əhalinin real gəlirləri azalıb

Ötən il əhalinin real gəlirləri azalıb
2021-ci ildə Azərbaycan əhalisinin real gəliri azalıb.
 
Sfera.az rəsmi məlumata istinadən xəbər verir ki, əhalinin real gəlirləri 4,1 faiz, hər nəfərə düşən gəlirlər isə 4,5 faiz azalıb. Ötən il əhalinin nominal gəlirlərində 2,6 faiz, hər nəfərə düşən gəlirlərdə 2,2 faiz artım baş verib. 

2021-ci ildə ortaillik inflyasiya 6,7 faiz olub. Real gəlirlər hesablanan zaman nominal gəlirlərdən inflyasiya göstəricisi çıxılır. Bu qayda ilə hesablandıqda real gəlirlərdə 4 faizdən çox azalmanın olduğu məlum olur.

Xatırladaq ki, 2020-ci ildə də əhalinin real gəlirləri azalmışdı. Bir il əvvəl real gəlirlərdə azalma 4,6 faiz, hər nəfərə düşən gəlirlərdə azalma 5,3 faiz olmuşdu.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...