Bağlanan üç bankın əmanətçilərinə ödəniləcək qalıq kompensasiya açıqlandı

Bağlanan üç bankın əmanətçilərinə ödəniləcək qalıq kompensasiya açıqlandı
Lisenziyası ləğv olunan "Texnikabank", "Bank of Azerbaijan" və "Gəncəbank"ın 6 921 əmanətçisinə bu günə qədər Əmanətlərin Sığortalanması Fondu tərəfindən 144 mln. 87,910 min manat kompensasiya ödənilib.
 

Sfera.az APA-ya istinadən bildirir ki, bunu fondun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bundan sonra ödəniləcək qalıq kompensasiya 4 mln. 416,767 min manat təşkil edir. Kompensasiya ödənilməmiş əmanətçilərin sayı isə 20 430 nəfərə bərabərdir.

Qeyd edək ki, lisenziyası ləğv olunan banklar üzrə ümumi kompensasiya öhdəliyinin həcmi 148 mln. 504,677 min manat, kompensasiya olunan əmanətçilərin sayı isə 27 351 nəfər təşkil edib.



OXŞAR XƏBƏRLƏR

Tunis sahillərində ən azı 27 miqrant həlak oldu

Saxaradan cənubdakı Afrika ölkələrindən olan miqrantları daşıyan iki qayığın Tunis sahillərində qəzaya uğraması nəticəsində ən azı 27 nəfər həlak olub.  ...

Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA

NASA bu gün təyyarə böyüklüyündə iki asteroidin Yerə düşəcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki, kosmik agentlik bu tranzitlərin Yer üçün h...

“Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi...- VİDEO

Xəbər verdiyimiz kimi, böyrək çatışmazlığından əziyyət çəkən aktyor Azər Baxşəliyev bu gün 39 yaşında vəfat edib.   A.Baxşəliyevə böyrəkköçürmə əməli...

İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.   Sfera.az-ın məlumatına görə, məktubda dey...

Bakının bəzi yollarında sıxlıq var - FOTOLAR

Bakıda bəzi yollarda sıxlıq var.   Bu barədə Sfera.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.   Haz...

179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda axtarış aparıldı

Cənubi Koreyanın Çolla-Namdo vilayətinin polisi dekabrın 29-da sərnişin təyyarəsinin qəzaya uğradığı Muan hava limanında axtarış aparıb.    Sfer...