Logo

“OPEC+” hasilat siyasətinə yenidən baxa bilər - Ekspert

“OPEC+” hasilat siyasətinə yenidən baxa bilər - Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ və Cənubi Koreyanın ardınca Yaponiya da Strateji Neft Ehtiyatından istifadə etmək haqqında qərar qəbul edib.

Sfer.az xəbər verir ki, bunu neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev bildirib.

Ekspert söyləyib ki, Yaponiya 2022-ci ilin mart-iyun ayları ərzində 600 000 ton xam nefti Strateji Neft Ehtiyatından götürərək satışa çıxaracaq. "Yaponiya Ticarət Nazirliyinin yaydığı məlumata görə, ilkin mərhələdə Sibusi neft anbarından 100 000 ton xam neft istehlak sisteminə daxil ediləcək. Nazirliyin məlumatına görə, bazar şərtlərindən asılı olaraq, elan edilmiş həcmlərdən əlavə həcmlərdə bazara çıxarıla bilər”, - deyən Vəliyev analoji addımı Çin, Hindistan və Böyük Britaniyanın da atacağı təqdirdə bazarda tələbin xeyli azalacağını söyləyin.

Onun fikrincə, belə bir vəziyyətdə "OPEC+” hasilat siyasətinə yenidən baxa bilər.

Xatırladaq ki, "OPEC+” ölkələri hər ay gündəlik hasilatı 400 min barel artırır. Ekspertin sözlərinə görə, bu vəziyyətdə hasilat hər ay daha az artırılacaq.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR