Britaniyalı iqtisadçıdan Türkiyə açıqlaması: “Mən belə bir şey görməmişəm!”
Kateqoriya məlum deyil
"30 ildir iqtisadçıyam. Heç bir valyutada belə bir dəyişkənlik görməmişəm”.
Sfera.az xəbər verir ki, bu sözləri britaniyalı iqtisadçı Timoti Eş Tvitter hesabında yazıb.
O, dolların ucuzlaşması ilə bağlı qrafik paylaşaraq "İnanılmazdır", - deyə bildirib.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamadan sonra Türkiyə lirəsi dollar qarşısında bahalaşmağa başlayıb. Prezident çıxışında türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələrin olacağını bildirmişdi.
Turan Rzayev
Sfera.az






