Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat
13:20 / 21.12.2021
677
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 72,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,46 dollar/barel azdır.
Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,47 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,7 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,03 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,97 dollar/barel azdır.