Logo

Neft-qaz boru kəmərləri Yerin çevrəsindən 30 dəfə uzundur - Maraqlı fakt

Neft-qaz boru kəmərləri Yerin çevrəsindən 30 dəfə uzundur - Maraqlı fakt
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qlobal neft və qaz boru kəmərləri Yer kürəsinin çevrəsindən 30 dəfə uzundur”.

Sfera.az xəbər verir ki, bu məlumatı neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev "Əl-Cəzirə” telekanalına istinadən açıqlayıb.

Z.Vəliyev deyib ki, 2020-ci ilin dekabrına aid olan məlumata görə, 162 ölkədə ən azı 2381 neft və qaz kəməri fəaliyyət göstərir.

"Həmin şirkətlərin sahib olduğu boru kəmərlərinin ümumi uzunluğu 1,18 milyon km-dən çoxdur”, - söyləyən Vəliyev bu kəmərlər sırasına 100 km-dən kiçik və gündəlik ötürücülük qabiliyyəti 6000 bareldən az kəmərlərin daxil edilmədiyini vurğulayıb:

"Neft boru kəmərlərinin 15 faizinə (42 383 km) Rusiyanın "Transneft”, 12 faizinə (33 750 km) Kanadanın "Enbridge”, 5 faizinə (15 947 km) Çinin "PipeChina” şirkətləri sahibdir.

Qaz boru kəmərlərinin isə 11,2 faizinə (103 212 km) Rusiyanın "Qazprom”, 10,8 faizinə (99 440 km) Kanadanın "TC Energy”, 9 faizinə (82 075 km) ABŞ-ın "Kinder Morgan” şirkəti sahibdir”.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR