Dünyanın ən bahalı ofisləri bu şəhərdə yerləşir

İqtisadiyyat
14:57 / 14.12.2021
1025
Dünyanın ən bahalı ofisləri olan şəhərlərin adları açıqlanıb
Dünyada ən yüksək ofis kirayə qiymətləri Honq-Konq və Nyu-Yorkda qeydə alınıb. ABŞ-ın daşınmaz əmlak xidmətləri şirkəti olan JLL dünyada premium ofis bazarı üzrə qiymət monitorinqi aparıb.
Sfera.az bildirir ki, bu il Nyu-York şəhəri qiymətlərin yüksək olmasına görə Honq-Konqa çatıb. Şirkət hesab edir ki, Nyu-Yorkun birinciliyə yüksəlməsinə yüksək tələbat və kirayə qiymətlərinin artması səbəb olub.
Honq-Konq və Nyu-Yorkda icarəyə götürülən ofis sahəsinin hər kvadrat metri üzrə qiymət 2900 dollar təşkil edib. Adıçəkilən şəhərləri 2200 dollarla Pekin, 2100 dollarla London və 1900 dollarla Silikon Vadisi izləyir.
Vasif
Sfera.az