Logo

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 76,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel çoxdur.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,25 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel azdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR