Almaniya “Şimal axını 2” layihəsindən imtina edir – Səbəblər

İqtisadiyyat
13:50 / 13.12.2021
1062
Almaniyanın xarici işlər naziri,
"Syuz-90”/”Yaşıllar” partiyasının həmsədri Annalena Berbok "Şimal axını 2”
layihəsini təsdiqləməkdən imtina edib.
Sfera.az "Lenta.ru” saytına istinadən xəbər
verir ki, alman nazir ZDF telekanalına müsahibəsində imtinanın nə ilə əlaqəli
olduğunu açıqlayıb.
Xarici işlər naziri izah edib ki, Almaniyanın
yeni hakim koalisiyası "Şimal axını 2” kimi layihəsinin də Avropanın enerji
qanunvericiliyinə uyğun olması ilə bağlı razılığa gəlib. O bildirib ki, qaz kəmərinin
sertifikatlaşdırılmasında əsas kimi Aİ-nin normaları götürüləcək. Onun sözlərinə
görə, yeni qaz kəməri Aİ-nin normalarına uyğun gəlmədiyi üçün layihəni dəstəkləməkdən
imtina ediblər. "Yeni qaz kəmərinin təhlükəsizlik məsələləri tam həllini
tapmayıb”, - söyləyən Berbok layihənin hansı parametrlərinin Aİ-nin tələblərinə
cavab vermədiyini dəqiq açıqlamayıb.
"Financial Times” nəşri isə bildirir ki,
Almaniya "Şimal axını 2”də tutduğu mövqeyə görə çıxılmaz vəziyyətə düşüb.
Dekabrın 10-da "Financial Times” öz mənbələrinə istinadən yazıb ki, Almaniyanın
yeni kansleri Olaf Şolsun administrasiyası "Şimal axını 2”ni dayandıra bilər.
Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi halında baş verəcək.
Eyni zamanda qeyd olunur ki, ümumilikdə yeni
kanslerin administrasiyası qaz kəmərinin işə salınmasını dəstəkləyir.
Almaniyanın İqtisadiyyat Nazirliyi vurğulayıb ki, "Şimal axını 2” sertifikatlaşdırmaya
qədər işə salınmayacaq. Yeni alman hökuməti sertifikatlaşdırma qərarına
Ukraynanın şərqindəki vəziyyətin təsir edib-etməyəcəyinə dair sualları
cavablandırmır.
Vasif