Azərbaycanda idxal rüsumu Avropadan çox yüksəkdir

Azərbaycanda idxal rüsumu Avropadan çox yüksəkdir
"Azərbaycanda idxal mallarına tətbiq edilən gömrük rüsumunun orta dərəcəsi inkişaf etmiş ölkələrdən xeyli yüksəkdir”.
 
Sfera.az xəbər verir ki, belə bir açıqlamanı iqtisadçı Rövşən Ağayev Dünya Ticarət Təşkilatının son tarif hesabatına istinadən bildirib.
 
R.Ağayev qeyd edib ki, Azərbaycanda idxal rüsumlarının orta dərəcəsi 9,2% təşkil edir. Bu göstərici aqrar mənşəli məhsullar üzrə 11,1%, qeyri-aqrar əmtəələr üzrə 8,9%-dir.
 
Onun fikrincə, idxal rusumunun orta dərəcəsi ilə ölkələrin inkişaf səviyyəsi arasında əlaqə var. "İnkişaf səviyyəsi yüksək olan və ya davamlı iqtisadi inkişafı hədəfləyən, dünya iqtisadiyyatına bazar qaydaları və sağlam rəqabət əsasında inteqrasiya etməyə çalışan ölkələrdə orta tarif dərəcəsi daha aşağıdır” – deyən Ağayev fikrini əsaslandırmaq üçün bir neçə ölkədə olan idxal rüsumlarını xatırladıb: "İdxal rüsum dərəcələri orta hesabla İsveçrədə 1,7%, Gürcüstanda 1,7%,
Norveçdə 2,3%, ABŞ-da 2,5%, Avstraliyada 2,5%, Avropa Birliyində orta hesabla  2,9%, Ukraynada 3,2%, Çində 3,4%, Türkiyədə 4,7%, Qazaxıstanda 4,8%, Rusiyada 5,5%, Ermənistanda 5,7%, Pakistanda 9,6%, Misirdə 12,4%, İranda 13%, Uqandada 13,6%, Zimbabvedə 67,7% faiz təşkil edir”.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR