Azərbaycanda işçilərin sayı ilk dəfə 1,7 milyonu ötdü

İqtisadiyyat
17:10 / 10.12.2021
1215
2021-ci il noyabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 min nəfər (1 faiz) artaraq ilk dəfə olaraq 1,7 milyonu ötüb. İşçilərin sayı ötən ayın əvvəlində 1,702 milyon nəfərə çatıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, işçilərin 903,6 min nəfəri dövlət sektorunda, 798,5 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,4 faizi (330,2 min nəfər) təhsil, 18,7 faizi (318,2 min nəfər) ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi (220 min nəfər) sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Vasif
Sfera.az