Bu il nəzərdə tutulandan 21 faiz çox vergi toplanıb

Bu il nəzərdə tutulandan 21 faiz çox vergi toplanıb
2021-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat vergi daxil olub. Ödənilən vergilərin 73,7 faizi qeyri neft-qaz sektorunun, 26,3 faizi neft-qaz sektorunun payına düşüb.

Sfera.az nazirliyə istinadən xəbər verir ki, toplanan vəsait nəzərdə tutulan məbləğdən 21 faiz çoxdur. Faktiki icra göstəriciləri müqayisədə isə bu il toplanan vergi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz və ya təqribən 1,1 milyard manat artıqdır.

Cari ilin 11 ayında neft-qaz sektoruna aid olmayan sahələrdən daxilolmalar 5 milyard 870,1 milyon manat olub və proqnozu 14,8 faiz ötüb. Bu sahələrdən dövlət büdcəsinə proqnozdan 756,1 milyon manat çox vəsait daxil olub. 

Faktiki icra göstəriciləri nəzərə alındığında, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,5 faiz və ya 697,3 milyon manat artıb. 

Vergi daxilolmalarında artım qeyri neft-qaz sektorunun özəl bölməsi üzrə də baş verib. Burada əvvəlki ilin eyni dövrü ilə müqayisədə toplanan vergilər 19,6 faiz artaraq 4 milyard 439,5 milyon manat təşkil edib. 

Regionlar üzrə daxilolmalar 866,6 milyon manat olmaqla, proqnozdan 14,3 faiz, ötən illə müqayisədə isə 9,3 faiz çox olub.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...