İlham Əliyev “TOTAL Energies” şirkətinin rəsmisini qəbul edib - Nələr müzakirə olunub?

İlham Əliyev “TOTAL Energies” şirkətinin rəsmisini qəbul edib - Nələr müzakirə olunub?
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də "TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı qəbul edib.

Sfera.az xəbər verir ki, görüşdə Arnaud Breuillacın fəaliyyətinin başa çatması qeyd edilib.

Dövlət başçısı onun Azərbaycanla TOTAL şirkəti arasında əməkdaşlığa töhfə verdiyini vurğulanıb.

Arnaud Breuillac fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Söhbət zamanı təxminən bir ildən sonra Abşeron yatağında hasil olunacaq birinci qazın ölkəmizdə sənayenin inkişafı və əhalinin artımı ilə bağlı qaza olan daxili təlabatın ödənilməsi, ixrac potensialının artırılması və yeni bazarlara çıxışın əldə edilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.

Görüşdə Azərbaycanla TOTAL şirkəti arasında əlaqələr, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...