Lirə bu tarixdən etibarən yenidən dəyər qazanacaq - Yeni müqavilələr imzalanır
Kateqoriya məlum deyil
Türkiyədə dekabrın 10-dan etibarən lirənin yenidən dəyər qazanacağı gözlənilir.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatlarda qeyd olunur ki, prezident Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri zamanı 12 yeni müqavilənin imzalanacağı bəlli olub. Beləliklə, razılaşmalardan sonra yüksəlişdə olan dolların məzənnəsinə dekabrın 10-dan etibarən böyük zərbə vurulması gözlənilməkdədir.
Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında məzənnə dalğasının qısa zaman ərzində məqbul səviyyədə olacağını qeyd edib.Əzizə Zeynal






