Logo

Yeni il öncəsi 900 işçisini "Zoom"a toplayıb işdən çıxardı - Şirkət rəhbərinə tənqidlər yağır

Yeni il öncəsi 900 işçisini "Zoom"a toplayıb işdən çıxardı - Şirkət rəhbərinə tənqidlər yağır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ-da Vişal Qarq adlı şəxs 900 nəfəri işdən çıxarıb.

Sfera.az bildirir ki,  insanlara ev kreditləri təklif edən "Better.com” adlı portalın rəhbəri çalışanlarını "Zoom” vasitəsilə görüşə dəvət edib. Ardınca o, "Əgər bu görüşdəsinizsə, işdən çıxarılacaq şanssız qrupun içindəsiniz”, - deyə bildirib. Sözügedən görüşün videosu sosial mediada səs-küyə səbəb olub. İstifadəçilər bu formada işdən çıxarılma hadisəsini "soyuqqanlı, "sərt”, "qorxunc” kimi qiymətləndiriblər.

Xüsusilə, Yeni il ərəfəsində bu addımın atılması insanların narazılığına səbəb olub. Qarq isə, çalışanları işdən çıxarandan sonra "Bunu son dəfə edəndə ağlamışdım. Kaş ki, şirkətimiz böyüyərdi. Xəbərlərin fərqli olmasını istəyərdim”, - deyib. İş adamı komandasının 15 faizinin kütləvi şəkildə işdən çıxarılmasının performans, məhsuldarlıq və bazardakı dəyişikliklərdən irəli gəldiyini söyləyib.

"Better.com”un maliyyə direktoru Kevin Ryan isə "BBC”yə açıqlamasında "İşdən azad olmaq, xüsusən də ilin bu vaxtında işdən çıxarmaq ağrılıdır, lakin radikal dəyişikliklərə məruz qalan əmlak bazarında bu addımı atmalı idik”, - deyə bildirib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR