Noyabrda dollar satışı kəskin artıb
Kateqoriya məlum deyil
Azərbaycan Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin noyabr ayı ərzində 853,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Sfera.az xəbər verir ki, noyabrda satılan məbləğin həcmi oktyabrla müqayisədə 58 faiz artıb. Oktyabrda 540 milyon dollar dəyərində xarici valyuta satılmışdı.
Ümumilikdə, noyabrda satılan valyuta həcminin böyüklüyünə görə 2021-ci ilin rekord göstəricisidir. Noyabrdan öncə ən çox valyuta yanvarda (645 milyon dollar) satılmışdı.
Ötən aydakı nəticə də nəzərə alınarsa, 2021-ci ilin yanvar-noyabrında 5,7 milyard dollar satılıb. Bu məbləğ cari ildə satılması nəzərdə tutulan məbləğdən təxminən 1 milyard dollar azdır. 2021-ci ildə 7 176 milyard dollar satılması nəzərdə tutulub.
Vasif
Sfera.az






