Bakıda metro vaqonları istehsal ediləcək

Bakıda metro vaqonları istehsal ediləcək
"Bakı Metropoliteni" QSC-nin Xocasən qəsəbəsində yerləşən elektrik deposunun ərazisində metro vaqonlarının istehsal edilməsi nəzərdə tutulub”.

Bu barədə qurumun Tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.

"Biz indi metro qatarlarını Rusiyadan alırıq. Gələcəkdə vaqonların ehtiyyat hissələri qonşu ölkədən alınaraq burada yığılacaq. Metronun Nərimanovdakı deposunun ərazisində vaqonların əsaslı təmir sexi tikilib, amma orada istehsal yoxdur. 2015-ci ilə kimi qatarlarımız təmir üçün Gürcüstana - Tbilisiyə göndərilirdi. 2015-ci ildə həmin sex tikilindən sonra qatarlar burada təmir olunur. Növbəti depoda isə vaqonların istehsalı nəzərdə tutulub.

"Bu məsələ deponun tikintisinin ikinci mərhələsinə aiddir. Hazırda isə birinci mərhələnin işləri görülür. Stansiyanın açılışı olanda deponun birinci mərhələsi tam hazır olacaq”, – deyə metropoliten rəsmisi qeyd edib.

Bakı metrosunun artıq 6-cı ildir fəaliyyət göstərən "Bənövşəyi" xəttinin deposunda tikinti işləri davam edir. Deponun tikintisi Xocəsən qəsəbəsində 21,7 hektar ərazidə aparılır.

OXŞAR XƏBƏRLƏR

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...

Gəzinti zamanı 1500 qədim sikkə tapdı - FOTO

Rumıniyada metal detektoru olan bir adam təxminən 1500 qədim Roma gümüş sikkəsini aşkar edib. Sikkələr demək olar ki, 1700 ildir ki, yerdə qalıb.   ...

Pakistan və Hindistan demarkasiya xəttinə atəş açır

Pakistan və Hindistan arasında bir neçə yerdə atışma qeydə alınıb. Demarkasiya xətti boyunca bir neçə nöqtədə atəş açıldığı bildirilir. Pakistan tərəfi atəş açı...

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.   Sfera.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə ...

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk ...