Yeni səyahət qadağası nefti 5 faiz ucuzlaşdırdı
Kateqoriya məlum deyil
Böyük Britaniya 6 Afrika ölkəsindən təyyarə uçuşlarını dayandırdıqdan sonra neft qiymətləri kəskin şəkildə aşağı düşüb. İngiltərənin bu qərarına artan yoluxma faktları səbəb olub.
Sfera.az xəbər verir ki, günə 82 dollarla satışına başlanan "Brent” neftinin dəyəri Bakı vaxtı ilə saat 14:00-da 77,8 dollara geriləyib. Günün birinci yarısında neft 5,4 faiz ucuzlaşıb.
Son günlər Avropa və ABŞ-da COVID-19 virusunun yeni ştammı yayılır. Yeni ştammın yayılma intensivliyi əvvəlkilərdən daha güclüdür. Bununla əlaqədar olaraq Avstriya, Slovakiya sərt karantin rejimini tətbiqinə başlayıb.
İngiltərə isə altı Afrika ölkəsindən uçuşları dayandırıb və sərnişinləri təcrid edərək karantinə alıb.
Vasif
Sfera.az






