ABŞ bu məsələyə görə Rusiyadan xahiş etdi
Sfera.az bildirir ki, bu haqda "İnterfaks” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.
Ağ Ev çərşənbə axşamı bildirib ki, ABŞ dünya qiymətlərindəki artımı səngitmək üçün strateji ehtiyatlardan 50 milyon barel neft satacaq. Strateji dövlət ehtiyatlarından istifadə Çin, Hindistan, Cənubi Koreya, Yaponiya və Böyük Britaniyanın oxşar addımları ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcək.
İnvestorlar ABŞ-da sağlam yanacağa tələbat olduğunu göstərən məlumatlara baxmayaraq, əsas neft istehsalçılarının bazarı sakitləşdirmək məqsədilə əsas istehlakçı ölkələrin strateji ehtiyatlarının buraxılmasına necə reaksiya verəcəyini gözləyirlər. Əsas diqqət Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri, o cümlədən Rusiya arasında gələn həftə tələb və təklifi müzakirə etmək üçün keçiriləcək görüşə yönəlib.
Vasif
Sfera.az






