Sosial mənzillərlə bağlı YENİ XƏBƏR

Sosial mənzillərlə bağlı YENİ XƏBƏR

"Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin sosial mənzillərin tikintisində maliyyə mənbəyi kimi çıxış etməsi gözlənilir.

 

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bildirib.

 

"Tikiləcək mənzillərin vətəndaşlar tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sisteminin yaradılması və maliyyələşdirilməsi istiqamətində Agentlik artıq aidiyyəti dövlət qurumları ilə birlikdə işlər aparır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin burada əsas maliyyə mənbəyi kimi çıxış etməsi gözlənilir. Dövlətimizin başçısının bu yaxınlarda imzaladığı Fərmana əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin "Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasında təmsil olunması yaradılacaq sistemin əlaqəli şəkildə işləməsini təmin edərək dayanıqlı olmasına xidmət edəcək. Bununla yanaşı, mənzillərin satışının uzunmüddətli maliyyələşdirilməsini təmin etmək üçün ölkənin dövlət bankları ilə əməkdaşlıq imkanları da dəyərləndirilir”.

 



OXŞAR XƏBƏRLƏR