Bank of Baku “Milli KSM Mükafatı 2020”nin qalibi oldu!

Bank of Baku “Milli KSM Mükafatı 2020”nin qalibi oldu!

Fəliyyəti dövrü ərzində, Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində cəmiyyətin faydasına töhfə verəcək sosial layihələrə imza atan Bank of Baku "Onlar Sevinsin” layihəsi ilə bu il də "Milli KSM Mükafatı” müsabiqəsinin qalibi oldu.


 

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə keçirilən müsabiqədə iştirak edən layihələr, BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 dayanıqlı inkişaf məqsədləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyinin də olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

 

Müsabiqənin üçüncü ilində, Bank of Baku 2017-ci ildən etibarən hər il silsilə olaraq icra etdiyi "Onlar Sevinsin” layihəsi ilə "Keyfiyyətlı Təhsil” nominasiyası üzrə qalib seçilib.


 

2020-ci ildə icra olunan layihə çərçivəsində, bank Tovuzun Ağdam kəndində yaşayan, müharibədən zərər görmüş ailələrin və şəhid övladlarının da olduğu 150 nəfər məktəblini çanta və məktəb ləvazimatları ilə təmin edərək, təhsillərinə dəstək göstərmişdir.

 

Xatırladaq ki, Bankın "Onlar Sevinsin” layihəsi "Milli KSM Mükafatı 2019” müsabiqəsinin də qalibi olub.

 

Bank of Baku-nun məhsul və xidmətləri haqqında daha ətraflı məlumatla bankın rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq tanış ola bilərsiniz.

 

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

OXŞAR XƏBƏRLƏR

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...