Bu ölkədə əhalinin istehlak borcu 15 trilyon dolları ötdü

Bu ölkədə əhalinin istehlak borcu 15 trilyon dolları ötdü
ABŞ-da əhalinin istehlak kreditləri üzrə borcu 2021-ci ilin üçüncü rübündə 15 trilyon dolları ötüb. 

Sfera.az xəbər verir ki, ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirən FED-in açıqladığı məlumata əsasən, ev təsərrüfatlarının (ailələrin) ümumi istehlak borcu bu ilin 3-rü rübündə 2-ci rübə nisbətən 1,9 faiz artaraq 15,24 trilyon dollara çatıb. Ümumi borc məbləği rüblük müqayisədə 286 milyard dollar, illik müqayisədə 890 milyard dollar artıb.

Artımla birlikdə ABŞ əhalisinin istehlak kreditləri üzrə borcu 46,2 min dollara yüksəlib. 

FED bildirir ki, istehlak kreditlərinin artmasına daşınmaz əmlak və avtomobil kreditlərinin həcminin daha çox artması güclü təsir edib. Bu il daşınmaz əmlak və avtomobil kreditlərində qiymət artımının yüksək olması kreditlərə tələbi artırıb. 
ABŞ əhalisinin borclanmasında ən böyük paya daşınmaz əmlak kreditləri sahibdir. Bu növ kreditlər üzrə borc 3-cü rübdə 230 milyard dollar artaraq 10,67 trilyon dollara çatıb. 

Əhalinin borclarında digər böyük paya təhsil kreditləri (1,58 trilyon dollar) və avtomobil kreditləri (1,44 trilyon dollar) sahibdir. ABŞ əhalisinin bunlardan başqa 800 milyard dollar plastik kartlar vasitəsilə götürdüyü kredit borcu var. 
Üçüncü rübdə avtomobil kreditləri 28 milyard dollar, plastik kartlarla borclar 17 milyard dollar, təhsil kreditləri üzrə borclar 14 milyard dollar artıb. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR