Logo

“OPEC+” ABŞ-ın təzyiqlərinə dirəniş göstərəcək

“OPEC+” ABŞ-ın təzyiqlərinə dirəniş göstərəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui 23 ölkədən ibarət olan "OPEC+” koalisiyasının qərarlarının neft qiymətlərinin daha çox artmasının qarşısını aldığını bəyan edib. Onun fikrincə, bu koalisiya olmasaydı, neft daha yüksək qiymətə satılardı. 

Sfera.az "Bloomberg”ə istinadən bildirir ki, nazir bu açıqlaması ilə ABŞ-ın siyasi təzyiqlərinə dirəniş göstərəcəklərini nümayiş etdirib. ABŞ "OPEC+” ölkələrindən neft qiymətlərinin artmaması üçün hasilatı daha çox artırmağı istəyir.

BƏƏ naziri söyləyib ki, neft bazarında vəziyyət təbii qaz və kömür bazarı ilə müqayisədə daha sakitdir. Onun sözlərinə görə, əgər "OPEC+” olmasaydı, təbii qaz və kömür qiymətlərində baş verən sıçrayışlar neft qiymətlərində də qeydə alınacaqdı.

Qeyd edək ki, təbii qaz qiymətləri Avropa və Asiyada tələbin zəif olmasına baxmayaraq, 2 dəfədən çox artıb. Qazın kəskin bahalaşması elektrik enerjisinin qiymətinin də xeyli artmasına səbəb olub.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR