Logo

Azərbaycanda pensiya xərclərinin xüsusi çəkisi azalacaq

Azərbaycanda pensiya xərclərinin xüsusi çəkisi azalacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Pensiya xərclərinin qiymətləndirilməsi zamanı onların ÜDM-dəki xüsusi çəki göstəricisi də nəzərə alınmalıdır. 

Sfera.az bildirir ki, 2020-ci ildə pensiyaların ödənilməsi xərclərinin ÜDM-ə nisbəti 6,2% olub. 2021-ci ilin sonunda bu göstərici 5,8%, növbəti ildə isə 5,7% olacağı proqnozlaşdırılır. 2020-ci illə müqayisədə cari və növbəti ildə xərclərin ÜDM-ə nisbətinin aşağı düşməsi ÜDM-in artım tempinin pensiyaların ödənilməsi üzrə xərclərin artım tempini üstələməsi ilə əlaqədardır.

Qeyd edək ki, Azərbaycan pensiya xərclərinin ÜDM-yə nisbətinin səviyyəsi Avropa İttifaqındakı orta göstəricidən aşağıdır. Avropa İttifaqında orta göstərici 10 faizdir. O cümlədən, Polşada 11,1 faiz, Sloveniyada 11 faiz, Slovakiyada 8,3 faizdir. Keçmiş sovet respublikalarından olan Baltikyanı ölkələrdə 6,8-7,8 faiz səviyyəsindədir.

Xərclərin ÜDM-yə nisbətinin aşağı olması xərclərin maliyyələşdirilməsi imkanlarını asanlaşdırır və maliyyə təminatı ilə riskləri aradan qaldırır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR