Azərbaycan KİV-ləri gələn il büdcədən 52 milyon manat subsidiya alacaq
Kateqoriya məlum deyil
Gələn il Azərbaycanın dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə (KİV) 51,9 milyon manat subsidiya ayrılacaq.
Sfera.az xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, həmin vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin və digər KİV-lərin fəaliyyətinin təmin edilməsinə yönəldiləcək.






