Səudiyyə Ərəbistanı satacağı neftin qiymətini artırdı

10:25 / 06.11.2021
736
Səudiyyə Ərəbistanı Asiyalı alıcılar üçün neft qiymətlərini artırıb. Dövlət şirkəti olan "Aramco” Asiyalı neft idxalçıları üçün qiyməti 1,4-2,7 dollar qaldırdığını bəyan edib.
Bu artım gözləniləndən yüksək olub. Ötən həftə keçirilən bir anketin nəticələrinə görə Səudiyyə Ərəbistanının dövlət şirkətinin qiymətləri 50 sent ilə 1 dollar artıracağını gözlənilirdi.
Sfera.az bildirir ki, Səudiyyə Ərəbistanının neft ixracının 60 faizdən çoxunu Çin, Cənubi Koreya, Japoniya və Hindistan alır.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden artan neft qiymətlərinin düşməsi üçün OPEC-dən hasilatı daha çox artırmağı istəmişdi. Amma OPEC və onunla əməkdaşlıq edən ölkələr hasilatı daha çox artırmaqdan imtina etdilər.
Məhz bundan sonra Səudiyyə Ərəbistanı neft qiymətlərini artırıb. Bu addım neft bazarında qiymətlərin düşməsinin qarşısını alacaq.
Vasif
Sfera.az