Logo

Neft Fondu indiyə qədər 158 milyard dollar gəlir əldə edib

Neft Fondu indiyə qədər 158 milyard dollar gəlir əldə edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin yanvar-oktyabr ayları ərzində "Azəri-Çıraq-Günəşli” yatağı üzrə 4,612 milyard dollar (7,84 milyard manat) gəlir əldə edib. 

Sfera.az ARDNF-yə istinadən xəbər verir ki, "Azəri-Çıraq-Günəşli” yatağından bu il əldə edilən gəlirlər nəzərə alınmaqla 2001-ci ildən bəri daxil olan gəlirlərin məbləği 154 milyard dolları ötüb.

Neft Fondu "Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan gəlirləri də açıqlayıb. ARDNF-in "Şahdəniz” yatağından 10 ay ərzində ümumi gəliri 461,921 milyon dollar (785,4 milyon manat), o cümlədən, kondensatın satışından əldə olunan gəlirlər 135,2 milyon dollar təşkil edib.

Fondun 2007-ci ildən qaz yatağının işlənməsindən əldə edilən gəlirləri isə 4,13 milyard dollara çatıb.

Beləliklə, Neft Fondunun hər iki yataq üzrə gəlirləri 158,13 milyard dolları ötüb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR