Logo

Bakıda 100 milyon dollarlıq istiqraz satışa çıxarılacaq

Bakıda 100 milyon dollarlıq istiqraz satışa çıxarılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Fond Birjasında (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Sfera.az  BFB-yə istinadən xəbər verir ki, 1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında keçiriləcək hərracda SOCAR-ın  ümumi dəyəri 100 000 000 (yüz milyon) ABŞ dolları olan istiqrazları yerləşdiriləcək.

İstiqraz alan şəxslər hər il 4,5 faiz gəlir əldə edəcək. İstiqrazların tədavüldə qalma müddəti 5 il olacaq və istiqraz sahibləri hər 3 aydan bir faizlərini alacaqlar.

Hərraca ümumilikdə 100 min ədəd istiqraz satışa çıxarılacaq. Hər bir istiqrazın nominal dəyəri 1000 dollar olacaq.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR