Logo

Azərbaycan Naxçıvana dotasiyaları ARTIRACAQ

Azərbaycan Naxçıvana dotasiyaları ARTIRACAQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gələn il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiyalar 2021-ci illə müqayisədə 14 faiz artaraq 431,6 milyon manata bərabər olacaq.

Sfera.az-ın məlumatına görə, bu barədə "2022-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" qanun layihəsində deyilir.

Qeyd edək ki, 2021-ci il dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasına dotasiyalar 378,13 milyon manat həcmində nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR