Logo

Nabrandakı məşhur istirahət mərkəzi 30 milyona satılır

Nabrandakı məşhur istirahət mərkəzi 30 milyona satılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xudat rayonunun Nabran qəsəbəsində "Atlant” istirahət mərkəzi satılır.

Sfera.az xəbər verir ki, bu barədə pulsuz elanlar saytının birində elan yerləşdirilib. Elanda deyilir ki, 3 hektar ümumi sahəsi olan istirahət mərkəzinin bütün sənədlər qaydasındadır. Qeyd etmək lazımdır ki istirahət mərkəzinin daxilində kotteclər və lüks kotteclər, hətta 6 mərtəbəli otel mövcuddur. Kottec və nömrələr sanitar qovşağı, mebel, yataq mebeli, televizor, kondisioner ilə təchiz edilib.

Eyni zamanda, istirahət mərkəzində 350 nəfərlik restoran milli və Avropa mətbəxindən yeməklər təklif edir. O cümlədən mətbəx, yay restoranı, səhnə, uşaqlar üçün əyləncə yeri, besedkalar inşa edilmişdir və fəaliyyət göstərir.

Elanda qeyd olunub ki, Mərkəzin bu günə qoyulan qiyməti 30 000 000 manatdır.

Qaynarinfo/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR