Əhali ticarət şəbəkələrində adambaşına 337 manat xərcləyib
Sfera.az bildirir ki, bu il ötən illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.
Bu ilin ilk 9 ayında alıcıların aldıqları mallara xərclədiyi vəsaitin 49 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 5,5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Yanvar-sentyabrda pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 336,8 manatlıq, o cümlədən 182,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,7 manatlıq qeyri-ərzaq malları alıb.
Vasif
Sfera.az






