Logo

Üç ayda 8,7 milyon ton neft ixrac edildi

Üç ayda 8,7 milyon ton neft ixrac edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Cari ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın neft, 11,3 milyard kubmetrdən artıq qaz hasil edilib.

SOCAR-dan Sfera.az-a bildirilib ki, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6 faiz, qaz hasilatında isə 38,6 faiz artımın qeydə alınması deməkdir. Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR