Unibank sahibkarlara verdiyi güzəştli biznes kreditlərinə görə lider banklardandır

Unibank sahibkarlara verdiyi güzəştli biznes kreditlərinə görə lider banklardandır

Unibank Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ən çox güzəştli kredit verən banklar siyahısındadır. Bu ilin əvvəlindən 1 oktyabradək müvəkkil banklar tərəfindən verilən kreditlərin sayının təhlilinə görə, Unibank sahibkarlara 261 güzəştli kredit verib. Bununla da ən çox güzəştli kredit verən banklardan biri olub. SİF-in açıqladığı siyahıda ikinci yerə çıxan Bank, güzəştli kreditlərin böyük əksəriyyətini regionlara, xüsusilə də kənd təsərrüfatının inkişafına yönləndirib.

 

Unibank Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondun digər layihələrində də aktiv iştirak edir. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirir.

 

Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasındadır.


Kredit portfelinin təhlili göstərir ki, ilin əvvəlindən bu yana bank tərəfindən biznesin kreditləşməsi nəzərəçarpacaq dərəcədə artıb.

 

 

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, 16 saylı, "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (//www.unibank.az/az/corporate/index)əldə etmək olar.

 

 

 

Unibank- Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda xərçəng xəstələrinin sayı ARTDI - RƏSMİ

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dö...

Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

İyulun 8-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   DİN-in...

Milli Məclisin növbədənkənar son iclasının gündəliyi açıqlandı

Milli Məclisin növbədənkənar sessiya çərçivəsində son iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, 14 iyulda keçiriləcək iclasın gündəli...

Dərmanların bahalaşma səbəbi nədir? - DEPUTATDAN AÇIQLAMA

"2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub. Bu məhz həmin məbləğdə mal və xidmətlərin istehl...

İtkin düşən kişinin meyiti TAPILDI

Yevlaxda itkin düşən kişinin meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, ruhi-əsəb xəstəsi olan Yevlax şəhər sakini Abdullayev Səxavət Novruz ...

Lənkəranda ağır yol qəzası: Sürücü hadisə yerində öldü

Ötən gecə saat 01:00 radələrində Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonu, Darquba kəndindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadi...