Logo

Bu il qeyri-neft ixracı 1,8 milyard dollara çatıb

Bu il qeyri-neft ixracı 1,8 milyard dollara çatıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft mallarının ixrac məbləği açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı məlumata əsasən ilk 9 ay ərzində Azərbaycanın ixracı 14,6  milyard dollar, qeyri-neft sektoru üzrə isə 1,8 milyard dollar olub.

Sfera.az bildirir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 milyon dollar və ya 40,9% artıb. Qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon dollar ilə əsas paya malik olub.

Bu il qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə qeyri-neft ixracı 224,7 milyon dolları olmaqla 75,2 % artıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR