Qara dəniz qazı Türkiyənin tələbatının 33 faizini ödəyəcək

Qara dəniz qazı Türkiyənin tələbatının 33 faizini ödəyəcək
Türkiyə, Qara dənizdə kəşf etdiyi yataqlarda ən yüksək hasilat səviyyəsinə 6 ildən sonra çatacağını proqnozlaşdırır. 

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz açıqlama verib. 

Nazir qeyd edib ki, 2027-ci ildə hasilat maksimum səviyyəyə çatdıqdan sonra yerli istehsal hesabına Türkiyənin tələbatının üçdən biri ödənmiş olacaq: 

"İlk olaraq gündəlik 10 milyon kub metr qaz hasil edəcəyik. Daha sonra hasilatı artıraraq gündəlik 40 milyon kub metrə çatdıracağıq. İldə orta hesabla 15 milyard kub metr qaz hasil etməyi planlaşdırırıq. Sakarya qaz sahəsində təxminən 40 hasilat quyusunu qazmağı nəzərdə tutmuşuq. İlk 10 quyunun qazılması ilə hasilata başlayacağıq. Hədəfimiz, 2023-cü ildə Sakarya qazını şəbəkəyə qoşmaqdır”.

Türkiyəli nazir Qara dənizdə kəşf edilən ehtiyatların 540 milyard kub metr olduğunu söyləyib. 

Qeyd edək ki, Türkiyədə 2020-ci ildə qaza tələb təxminən 48 milyard kub metr olub. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir - Münasibətlər stabilləşəcəkmi?

Bir sıra “Telegram” kanallarının məlumatına görə, Moskvada Azərbaycanla bağlı qeyri-rəsmi nümayəndə heyəti formalaşır. Nümayəndə heyəti bu həftə Bak...

Qəzada ölən 20 yaşlı Ülvinin FOTOSU

Xəbər verdiyimiz kimi, Lənkəranda minik maşınının yük avtomobilinə çırpılması nəticəsində 1 nəfər ölüb.   Sfera.az-ın "Unikal"a istinadən m...

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...