Azərbaycanda ətin qiyməti ucuzlaşacaq

Azərbaycanda ətin qiyməti ucuzlaşacaq
İşğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı ölkədə ət və süd məhsullarının qiymətlərinin aşağı düşməsinə şərait yaradacaq.

Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin bu məhsullara olan tələbatının ödənilməsi dövlətin qarşısında duran başlıca məsələlərdən biridir:

"Bu baxımdan heyvandarlığın inkişafı, hevandarlıq məhsullarına olan tələbatın ödənilməsi və idxalın azaldılması çox önəmlidir. Son illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir. Ötən il heyvandarlıq məhsullarının istehsalı 3 faiz artmışdı.

Heyvandarlıq üçün böyük potensiala malik olan ərazilərimizin işğaldan azad edilməsi bu sahənin inkişafına geniş perspektivlər açır. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan işğaldan əvvəl heyvandarlığın inkişafı ilə seçilən rayonlar kimi tanınıb. Bu ərazilərin təbii şəraiti, bol yem ehtiyatlarına malik olması, digər tərəfdən insanların bu sahəyə olan marağı onu deməyə əsas verir ki, minalar təmizləndikdən, əhalinin yaşaması üçün təhlükəsizlik təmin edildikdən sonra bu rayonlarda heyvandarlıq sürətlə inkişaf edəcək”.

T.Rzayev vurğulayıb ki, bununla əlaqədar müəyyən layihələr hazırlanıb və tədbirlər planlaşdırılır: "Bu tədbirlər sözsüz ki, ət və süd məhsullarının qiymətinin aşağı düşməsinə, idxalın azalmasına və yerli məhsulların keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq. Dağlıq ərazilərdə bəslənilən, təbii yemlə qidalanan heyvanların əti, südü əlbəttə ki, başqalarından fərqlidir.

Artıq bəzi fermerlər işğaldan azad edilmiş ərazilərdə yaylaqlara köç edib. Dövlətin sahibkarlara verdiyi imtiyazlar, göstərilən diqqət və qayğı nəticəsində tez bir zamanda həmin ərazilərdə iri heyvandarlıq təsərrüfatları yaradılacaq, əhalinin ət və süd məhsullarına olan tələbatı daha yaxşı ödəniləcək”.
 

OXŞAR XƏBƏRLƏR

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir - Münasibətlər stabilləşəcəkmi?

Bir sıra “Telegram” kanallarının məlumatına görə, Moskvada Azərbaycanla bağlı qeyri-rəsmi nümayəndə heyəti formalaşır. Nümayəndə heyəti bu həftə Bak...

Qəzada ölən 20 yaşlı Ülvinin FOTOSU

Xəbər verdiyimiz kimi, Lənkəranda minik maşınının yük avtomobilinə çırpılması nəticəsində 1 nəfər ölüb.   Sfera.az-ın "Unikal"a istinadən m...

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...