Azərbaycanda pul bazasının həcmi artıb

İqtisadiyyat
13:14 / 26.08.2021
1382
2021-ci ilin avqustun 1-də Azərbaycanda pul bazasının həcmi 15,643 milyard manata çatıb. Pul bazasının 14,213 milyardı manatla, qalanı xarici valyutadadır.
Bazanın əsas hissəsini dövriyyədə olan nağd pullar təşkil edib. Nağd pulların həcmi 12,077 milyard manat olmaqla bazanın 77,2 faizini formalaşdırıb. Pul Bazasının qalan hissəsi müxbir hesablardan ibarətdir.
Dövriyyədə olan nağd pulun həcmi ilin əvvəlindən 239 milyon manat, son bir ildə 1,468 milyard (13,83 faiz) manat artıb.
Dövriyyədə olan nağd pulun artmasına baxmayaraq onun pul bazasında olan payı azalıb. Bir il əvvəl pul bazasının 83 faizi nağd pullardan ibarət olduğu halda, son məlumata görə 77,2 faizi nağd puldan ibarətdir.
Vasif
Sfera.az